“Qəbələ” dörd futbolçu ilə 2 illik müqavilə imzalayıb

By Admin Haz6,2023

“Qəbələ”nin futbolçuları Urfan Abbasov, İlkin Qırtımov, Murad Musayev və Emin Səfərovla imzaladığı yeni müqavilənin müddəti bəlli olub.

Klubun baş meneceri Nail Kərimovun “Report”a verdiyi məlumata görə, oyunçuların hər biri 2 illik sözləşməyə imza atıblar.

“Qırmızı-qaralar”ın rəsmisi digər futbolçularla danışıqların davam etdiyini bildirib: “İsnik Aliminin agenti ilə söhbətimiz olub. Bizə dediyinə görə, hazırda heç bir klubla müqavilə bağlamayıblar. Təklifləri dəyərləndirirlər”.

Qeyd edək ki, “Qəbələ” hələlik yalnız Məqsəd İsayevlə vidalaşıb. Müdafiəçinin “Zirə”yə keçəcəyi gözlənilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?