“Araz Naxçıvan”ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

By Admin Nis6,2024

“Araz Naxçıvan” klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb.

Bu barədə “Report”a 39 yaşlı mütəxəssis bildirib.

“Son oyunda “Kəpəz”ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliyə istefa ərizəmi təqdim etdim, onlar da qəbul etdilər. Qarşılıqlı şəkildə sağollaşdıq”, – deyə A.Bağırov söyləyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?