Zlatan İbrahimoviç futbol karyerasını başa vurub

By Admin Haz5,2023

“Milan” futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç futbol karyerasını başa vurub.

“Report” xəbər verir ki, o, bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib.

“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”-deyə, o bildirib.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?