Əsas Xəbərlər
13 Temmuz 2024

“Qarabağ”ın daha üç legioneri yığmaya çağırılıb

By Admin Eki9,2023

“Qarabağ”ın daha üç əcnəbi futbolçusu öz ölkələrinin yığmasına dəvət alıb.

 

AZƏRTAC xəbər verir ki, qapıçı Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə Kipr ilə AVRO-2024-ün seçmə mərhələ oyunlarına çağırılıb.

 

Yarımmüdafiəçilər Leandro Andrade və Patrik Andrade isə Kabo Verde seçməsinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də isə Komor adalarına qarşı yoldaşlıq matçlarına dəvət ediliblər.

 

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın digər legioner futbolçusu Marko Yankoviç Monteneqro millisindən dəvət alıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?