Avropada günün maraqlı futbol qarşılaşmaları – AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümə uğurlu başlayan və hazırda ikinci pillədə qərarlaşmış “Tottenhem” “Luton” səfərinə yollanacaq. Londonun digər təmsilçisi, uğursuz start verən və hazırda 11-ci olan “Çelsi”ni də nisbətən rahat səfər oyunu gözləyir. Komanda autsayderlər sırasında qərarlaşan “Bernli”nin qonağı olacaq. 10-cu pillənin sahibi “Mançester Yunayted” isə ev oyununa çıxacaq. “Qırmızı şeytanlar” “Brentford”un müqavimətini qırmağa çalışacaqlar.

Fransa Liqa 1-də lider “Monako” çətin “Reyms” səfərinə yollanacaq. Hazırda komandaları cəmi bir xal ayırır.

Almaniya Bundesliqasında Dortmund “Borussiya”sı mövsümə yaxşı başlamayan “Union”u sınağa çəkəcək.

İtaliya A Seriyasında lider “İnter” “Bolonya”nı qəbul edəcək. “Nerazzuri”dən yalnız əlavə göstəricilərdə geri qalan Milanın eyniadlı komandası isə səfər oyununa çıxacaq. “Rossoneri” “Cenoa” ilə qarşılaşacaq. Turində isə derbi baş tutacaq. “Yuventus” öz meydanında “Torino”nun müqavimətini qırmağa çalışacaq.

İspaniya La Liqasında lider “Real Madrid” doğma meydanda “Osasuna”nı sınağa çəkəcək.

Türkiyə Super Liqasında hazırda ikinci pillədə qərarlaşan “Qalatasaray” 11-ci yerdəki “Antalyaspor”un qonağı olacaq.

İngiltərə Premyer Liqası

15:30. “Luton” – “Tottenhem”

18:00. “Bernli” – “Çelsi”

18:00. “Mançester Yunayted” – “Brentford”

Fransa Liqa 1

23:00. “Reyms” – “Monako”

Almaniya Bundesliqası

17:30. “Borussiya” (Dortmund) – “Union” (Berlin)

İtaliya A Seriyası

17:00. “İnter” – “Bolonya”

20:00. “Yuventus” – “Torino”

22:45. “Cenoa” – “Milan”

İspaniya La Liqası

18:15. “Real Madrid” – “Osasuna”

Türkiyə Super Liqası

20:00. “Antalyaspor” – “Qalatasaray”

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?