“Putin əvvəlki Putin deyil”

Vladimir Putin əvvəlki qüdrətini itirib.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin əvvəlki kimi qüdrətli olmadığını özü də bilir.

“İş ortaqlarının ona inamını itirdiyini düşünürəm. Bu, həm orduya, həm də başqa şeylərə təsir edir. Putin əvvəllər sahib olduğu gücü itirib” – Zelenski deyib.

Rusiya ordusu ilə “Vaqner” qruplaşması arasındakı münasibətə toxunan Zelenski iddia edib ki, həm dövlət, həm də özəl ordular arasında çox ciddi siyasi mübarizə gedir.

Ölkəsinin NATO-ya üzvlüyünə toxunan Zelenski, Ukraynanın Vilnüsdə keçiriləcək sammitdə iştirakı barədə suala isə “Ukrayna, əlbəttə ki, sammitdə olmaq istəyir. Amma NATO bizi gələcək üzv kimi görmürsə, biz niyə ora getməliyik? – deyə cavab verib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?