Tapılan qız meyiti görün kimin imiş – 120 gündür ki, axtarılırdı

By Admin Haz 7, 2023

Adıyamanda 6 fevral zəlzələsinin dağıntılarının təmizlənməsi işləri zamanı gənc qızın cəsədi tapılıb.

Milli.Az oxu24.com-a istinadən bildirir ki, araşdırmalar nəticəsində cəsədin 120 gündür itkin kimi axtarılan 20 yaşlı Sude Nur Durana məxsus olduğu müəyyən edilib.

Zəlzələdə gənc qızın anası, atası və qardaşının öldüyü öyrənilib. Turqut Rəis Məhəlləsi Fələstin küçəsində zibil çıxarma işi görən qazma operatoru qadın cəsədi ilə qarşılaşaraq vəziyyəti polis qruplarına xəbər verib. Hadisə yerinə gələn polis qrupları qalıqları və cəsədi araşdırıb. Adıyamanda zəlzələdə itən gənc qızın cəsədi dağıntılar altında tapılıb

Aparılan araşdırmalardan sonra naməlum meyitin itkin düşdüyü üçün axtarışda olan 20 yaşlı Sude Nur Durana məxsus olduğu müəyyən edilib. Duranın cəsədi dövlət prokurorunun hadisə yerindəki araşdırmalarından sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanası Morquna aparılıb.

Milli.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?