NASA maliyyə problemi səbəbindən Marsın tədqiqini dayandırıb

By Admin Kas18,2023

Alimlərin Marsda həyatın olub-olmadığını, Qırmızı planetdə insanın yaşaması imkanlarını araşdırdığı bir şəraitdə ortaya mühüm bir problem çıxıb. AZƏRTAC “Nature Science” jurnalına istinadla xəbər verir ki, NASA Marsdan torpaq və süxur nümunələrin gətirilməsi missiyasını dayandırıb. ABŞ-ın aerokosmik agentliyi bildirib ki, hazırda bu məsələdə ciddi maliyyə problemləri yaranıb.

 

NASA bəyan edib ki, ötən həftə bu missiya ilə məşğul olan 3 tədqiqat mərkəzinə həmin istiqamətdə fəaliyyəti dayandırmaq tövsiyə edilib. Belə ki, Agentlik 2024-cü il üçün büdcə layihəsində Marsdan nümunələr gətirmək məqsədilə 949,3 milyon dollar vəsait ayrılmasını tələb etsə də, büdcəyə nəzarət üzrə alt komissiya bu məqsədlər üçün cəmi 300 milyon dollar ayırıb. Belə olan şəraitdə NASA-nın Marsdan nümunə gətirmək missiyası ilə yanaşı, digər layihələrində də axsama ola bilər.

 

Hazırda problemin nə qədər davam edəcəyi məlum deyil, amma NASA indi “Perseverance” missiyasının Marsda topladığı nümunələri alternativ yollarla Yerə gətirmək üzərində iş aparır.

 

Bununla yanaşı, ABŞ-ın aerokosmik agentliyi bu yaxınlarda “Bennu” asteroidindən toplanan bəzi süxur nümunələrini də gətirməyə nail olub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?