Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır

By Admin Kas30,2023

 

Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlayır.

 

“Report” bu barədə agentliyə istinadən xəbər verir.

 

Məlumata görə, sənəd beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında hazırlanacaq. Bu zaman xarici ölkələrin, xüsusən rəqəmsallaşma və elektron hökumət üzrə beynəlxalq reytinqlərdə ilk 10-luqda olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə, həmçinin ölkə daxili təcrübə və qanunvericiliyə dair materiallar və məlumatlar toplanılacaq, layihə ilə bağlı konsepsiya hazırlanacaq. Toplanan materialların və məlumatların təhlili əsasında Rəqəmsal Məcəllənin strukturu, tənzimetmə predmeti və gətirdiyi yenilikləri ehtiva edən konseptual sənəd ərsəyə gətiriləcək. Layihənin mətni “Normativ hüquqi aktlar haqqında” qanunun və ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınaraq tərtib ediləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?