Göyçay Şəhərinin kəndləri zibillik içində batır!!!

By Admin Şub 11, 2024 #olkexeberleri #sondeqiqe #xeberler

#goycayicrahakimiyyeti #goycaymktb

 

Göyçay rayonu birinci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən

                          ŞİKAYƏT

Bildirmək istəyirəm ki, Göyçay rayonu Qarabaqqal kəndində hektarlarla torpaq sahəsini əhatə edən “zibil poliqonu” mövcuddur. Həmin poliqonda istehsalat və məişət tullantıları qalaq-qalaq yığılıb. Hətta ölmüş heyvan leşlərini belə bura atırlar. Hansıki yaxınlığında evlər, fermalar var. Camaatın mal-qarası zibillikdə eşələnir. Elə ona görə də kənddə xeyli sayda onkoloji və digər xəstəliklərə yoluxmuş insanlar yaşayır. Göyçay Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan “Şəhər Təsərrüfatı Birliyi” rayonun bütün zibillərini bura daşıyır. Əslində isə tullantılar məhv edilməli və ya basdırılaraq üzəri dezinfeksiya olunmalıdır. İllərdir ki, bu poliqonun yığışdırılması, yaxud zərərsizləşdirilməsi üçün kənd sakinləri fərdi və kollektiv şəkildə şikayətlər ediblər. Lakin aidiyyəti qurumlar heç bir tədbir görmür. Bildiyiniz kimi, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Göyçay Rayon İcra Hakimiyyəti insanları haqq və hüquqlarından məhrum edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 248-ci maddəsinə (Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma) əsasən, təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda, həmin şəxs(lər) cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin lll-cü bəndində də (İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.) öz təsdiqini tapmışdır.
Mən göyçaylı ictimai fəal olaraq mətbuat vasitəsilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevdən və aidiyyəti orqanlardan çox xahiş edirəm, sözü gedən “zibil poliqonu”un zərərsizləşdirilməsi və bu əməli törədənlərin məsuliyyətə cəlb olunması təmin edilsin.

Telefon: 0506539713

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?