SƏXAVƏT VƏ FUAD KƏRİMOV QARDAŞLARI İMİŞLİ SAKİNLƏRİNİ NECƏ ALDADIR!!

By Admin Şub14,2024

Ötən gün redaksiyamıza İmişlinin icra nümayəndəsi Fuad Kərimov və qardaşı Səxavət Kərimov haqqında onların qanunazidd əməlləri daxil olmuşdur. Bu qanunsuz əməllərin bəzilərinə göz yumub lənət şeytana deyib keçmək olar, lakin İmişli əhalisini aldadaraq Azərsu ASC- nin vətəndaşlara cəkdiyi suyu İsmayıllının bulaq suyu kimi satması heç bir yerdə görülməyib. Həyətinə böyük bir su çəni qoyaraq sayğacdan kənar günün 24- saatını demək olar ki,böyük tutumlu çəni doldurur və litirin 10-qəpiyə salaraq dövlətə külli miqdarda ziyan vurur. Nəzərinizə çatdırırıq ki, su satılan dükanla Səxavətin evinin ara məsafəsi təxminən 50- metrdir. Azərsu ASC və AQTA- niyə bu qanunsuzluğa göz yumur? Bəlkə bunlardan xəbərləri yoxdur? Elə isə biz nəzərinizə çatdırırıq. AQATA- nın nəzərinə onu da çatdıraq ki, dəmirdən olan böyük su çəni yuyulmur, su sadəcə filtirdən keçirilərək motor vasitəsilə 50- metr məsafədən gətirilir və insanlara satılır.Günümüzdə içməli suların qablaşdırılması müəyyən risk faktorları daşıyır. İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal olunduqda həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu zamanla daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Ardı növbəti sayımızda.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?