Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi

By Admin Oca 30, 2024

İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.

 

Bu barədə Mask özünün “X” hesabında paylaşım edib.

 

“İlk şəxsə dünən “Neuralink”in çipi qoyuldu. Proses yaxşı gedir”, – deyə İ.Mask qeyd edib.

Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

 

“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, – deyə o sözlərinə əlavə edib.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?