“WhatsApp” hesablarının oğurlanmasının səbəbi BİLİNDİ – AÇIQLAMA

By Admin Şub1,2024

Son vaxtlar Azərbaycanda bank və sosial şəbəkə hesablarının oğurlanması halları ilə üzləşirik. Mobil telefonlara yüklənən tətbiqlər təhlükəsizlik baxımından problem yaradır. Bəs vətəndaşların hesablarının oğurlanmasının səbəbi nə ilə bağlıdır?

 

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, ilk olaraq insanların işlətdikləri hər bir mobil tətbiqlər orjinal və tanınmış şirkətlərin məhsulu olmalıdır:

 

“Əgər “WhatsApp ” istifadə etmək istəyirlərsə onlar orjinal “Meta”nın öz Android mağazalarından yükləməlidirlər. Vətəndaşlar “Whatsapp+” kimi yan tətbiqlərdən istifadə etməməlidirlər. Yan məhsulların istifadəsində müəyyən viruslar ilə birgə yüklənir. Çünki “Playstore”dan yüklənmiş hər-hansı bir məlumat, tətbiq daha əvvəl təsdiq olunmuş və yüklənə bilən tətbiqlərdir. Amma ki, “WhatsApp+” kimi yan tətbiqlər “Playstore”dan deyil, müxtəlif internet saytlarından yüklənən tətbiqlərdir. O tətbiqlər ilə birlikdə telefonumuza viruslar yüklənə bilər. Bu viruslar vasitəsilə telefonumuzun həm gələn mesajların ələ keçirilə bilər , həm də digər proqramlar və bank tətbiqlərinə müdaxilələr edilə bilər. Bu o deməkdir siz “Whatsapp+” ilə birlikdə əlavə bir virus tipli proqramlar yükləndiyi halda bank hesablarından bir sıra kodlarda oğurlana bilər. Nəticədə kütləvi miqdarda maliyyə itkisi yaşamış olursunuz. Həm də başqa tətbiqlərinizə də müdaxilə imkanları yaranır. Bunu üçün tövsiyə olunur ki, yüklənəcək mobil tətbiqlərin hər biri orjinal və tanınmış şirkətlərin məhsulu olmalıdır. Əks halda sizin fərdi məlumatlarınız və hesablarınız təhlükə altında ola bilər”.

 

Ekspert son zamanlar orjinal “Whatsapp” hesablarının ələ keçirilməsi hallarına da aydınlıq gətirib:

 

” Orjinal “WhatsApp” hesablarının oğurlanması ilə bağlı bir sıra ssenarilər mövcuddur. Bir neçə il ərzində bu tip problemlər yaşamışıq. Azərbaycanda “WhatsApp” hesablarının oğurlanmasına səbəb “Meta” şirkətindən gələn “OTP” tipli kodların oğurlanması ilə bağlı idi. Amma bugünkü vəziyyət daha dəyişikdir. Bu günləri baxırıq ki, “WhatsApp+” bir dəfə yüklənibsə, telefonumuza bununla birlikdə nə vaxtsa viruslar daxil olubsa, həmin viruslar ilə bu kodlar ələ keçirilə bilir. Deyək ki, sizin tətbiqiniz başqa telefondan yüklənib. Amma sizə gələn kod virus tərəfindən ələ keçirilib. Həmin hesab başqa telefonda aktivləşə bilər. İlk olaraq tövsiyə edə biləcəyimiz addım “iki faktorlu güvənlik kodu”nu aktivləşdirməkdir. Bu addım ən azından “WhatsApp” ələ keçirilsə də, mesajların oğurlanmaması üçün əsas vacib məqamdır”.

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?