Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor, FIFA referisi Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan yığmaları mübarizə aparacaqlar. Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?