Anasının pensiyasını almaq üçün onun ölümünü 6 il gizlətdi – FOTO

İtaliyada hər kəsi şoka salacaq olay yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Veneto ərazisində adı açıqlanmayan 60 yaşlı qadın vəfat edən anasının pensiyasını əldə etmək üçün ağılasığmaz üsula əl atıb.

Belə ki, o, anası Helga Maria Hengbarthın doğulduğu Almaniyaya getdiyini bildirərək onun dünyasını dəyişdiyini hərkəsdən gizlədib.

Bununla da qadın 6 il ərzində 156 min funtsterlinq (təxminən 328 536 AZN) pul əldə edib.
Polis qadının evinə basqın həyata keçirərkən Helganın cansız bədənini tapıblar. Qadın özü isə həmin vaxt evdə olmayıb. O, könüllü şəkildə polisə gedərək günahını etiraf edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?