Kosovonun baş naziri Serbiya prezidentinə çağırış etdi

By Admin May31,2023

Kosovonun baş naziri Albin Kurti Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşməyə hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Slovakiyada keçirilən təhlükəsizlik konfransında danışan Albin Kurti Serbiya ilə gərginliyin artması ilə bağlı açıqlamalar verib.

Serbiya lideri Aleksandr Vuçiçlə mümkün görüşə toxunan Kurti dialoqun intensivləşdirilməsinə çağırıb və deyib: “Mən (görüşə) tamamilə hazıram, çünki Serb cəmiyyətinin özünüidarəsi və tanınması da daxil olmaqla, sövdələşməni bəyəndim”.

Kosovonun şimalındakı etirazçıların həbsə məhkum edilməsi və ya Serbiyaya geri göndərilməsini irəli sürən Kurti bildirib ki, gərginliyi aradan qaldırılması üçün mərhələli şəkildə davranmaq lazımdır. “Birincisi, şimaldakı bu böhrandan çıxmaqdır. Bu, qanunun aliliyi deməkdir. Beləliklə, etirazçılar ya Kosovodakı həbsxanaya dönür, ya da Serbiyaya göndərilir” – Kurti bəyan edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?