Zorakılığa meyilliyi olan şagirdlərin digər məktəblərə göndərilməsi hansı fəsadlar yarada bilər? – AÇIQLAMA

By Admin Oca 25, 2024 #sondeqiqe

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb. Bununla əlaqədar, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Zorakılığa meyilliyi olan şagirdlərin digər məktəblərə göndərilməsi hansı fəsadlar yarada bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlamasında bildirib ki, paytaxt Bakıda şagirdlərimizin təlim-tərbiyəsi, onlara bilik verilməsi ilə 28 minə
yaxın müəllim məşğul olur. Ölkədəki pamdemiyadan sonra bizim uşaqlarımız, şagirdlərimiz arasında münasibətlər xoşagəlməz istiqamətdə irəliləyir:

” Belə ki, pamdemiya dövründə onlayn dərslədrdə iştirak etmək üçün bizim şagirdlərimizə verdiyimiz telefonlar, planşetlər kompüterlər onların yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyalar əldə etmək imkanı verdi. Bu günləri bizim müəllimlərimiz informasiya məsələlərində şagirdlərimizə uduzurlar. Əfsuslar olsun ki, sosial şəbəkələr və platformalardan şagirdlər əldə etdiyi informasiyaları, xoşagəlməz videoları, bilikləri məktəbdə dərs prosesində tətbiq edirlər. Dərsi pozurlar yaxud tənəffüs vaxtı hərhansı bir sinif yoldaşlarına, məktəb yoldaşlarına qarşı tətbiq edirlər. Bu yaxşı hal və tendensiya deyil. Bu gün şagirdlərin iştirakı ilə məktəblərdə baş verən zorakılıq hallarının sayında biz artım müşahidə edirik. Bu çox ciddi bir məsələdir. Bu gün Azərbaycan məktəblisi informasiyanı faydalı istifadə etməlidir. Amma informasiyadan istifadəni və yönləndirməni müəllim etməlidir. Bu günləri məktəblərdə zorakılıq, eyni zamanda təcavüz halları var. Bunun bir neçə səbəbi var. Təbii ki məktəblərdə kamera və ümumi nəzarətin aşağı səviyyədə olmasıdır. Bu gün məktəblərdə kamera nəzarəti ürəkaçan deyil. Məktəblərdə kamera nəzarəti bütün otaqlarda, şagirdlərin yerlərdə, istiqamətdə olmalıdır. Valideynlər eyni zamanda nəzarət etməlidir”.

Ekspertin sözlərinə görə, bugünkü məktəblərdə kameralara valideynlər nəzarət edə bilmirlər:

“Ancaq məktəbin rəhbərliyi, əməkdaşları nəzarət edə bilirlər. Bununla bağlı, düşünürəm ki, məktəblərin hər birində kameralar valideynlərdə izləməlidir. Bu zaman baş verən neqativlərin sayını azaltmaq mümkündür. Bundan başqa növbətçilik prinsipin, xüsusən Azərbaycan təhsilində əhatə dairəsi genişləndirilməlidir. Bununla yanaşı məktəblərdə psixoloji pasport hazırlanmalıdır. Hansı uşaqlar zorakılığa meyillidirsə onlar qeyd edilməlidir. Digər tərəfdən biz məktəblərdə ildə bir dəfə analoji sorğu keçirməliyik. Biz məktəblərdə neqativliklərin, zorakılığın qarşısını almaq istəyiriksə mütləq şəkildə bu tədbirləri həyata keçirməliyik. Mən təklif etmişəm ki, məktəblərin nəzarətçi funksiyasında valideynlər cəlb olunmalıdır. Ayda bir dəfə məktəblərdə dərslərdə müşahidə aparılmalıdırlar. Qeyd etdiyimiz istiqamətlərdə ciddi problemlər var. Bu aradan qaldırıla bilər. Valideynlər əfsuslar olsun ki, zaman ayıra bilmirlər. Bununla da nəticə əldə edə bilmirlər.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?