Zelenski Reznikovu vəzifəsindən uzaqlaşdırır

By Admin Eyl 4, 2023

Ukrayna Prezidenti Volodimir Zelenski Oleksi Reznikovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini və onun yerinə Rustem Umerovun təyin edilməsini təklif etdiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Zelinski teleqram kanalında videomüraciətində deyib.

“Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim. Hesab edirəm ki, nazirliyin həm ordu, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. Nazirliyə Rustem Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və onun əlavə təqdimata ehtiyacı yoxdur. Parlamentin onun namizədliyini dəstəkləyəcəyini gözləyirəm”, – deyə dövlət başçısı qeyd edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?