Zelenski: “Azərbaycan Ukraynaya yeni humanitar yardım paketi təqdim etməyə hazırdır”

“Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir.

Ukrayna lideri qeyd edib ki, ölkənin 174 min kvadrat kilometr ərazisi partlamamış mina və sursatlar səbəbindən potensial təhlükəlidir.

“Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik”, – Zelenski vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?