Əsas Xəbərlər
13 Temmuz 2024

Zaqatalada Avtovağzal necə işləyir?

#zaqatalarayonicrahakimiyyeti

Azərbaycanın cənnət guşələrindən biri olan Zaqatala.

Bu diyar nə qədər gözəl,füsünkar olsa da nədənsə daxili qayda-qanunları bir o qədər gözəl deyil.Bu qanunların işləmədiyi müəssisələrdən biri də məhz Zaqatala avtovağzalı deyilən ərazidir.Sanki elə bil bu müəssisə ölkə qanunlarından bixəbərdir.Hətda qanunda göstərilən müddəaları belə mənimsəyib,özününküləşdirir,yeni-yeni maddə lər əlavə edir.Sözü gedən bu müəssisənin həm daxili həm xarici sahəsi görünür Avtovaqzal rəhbəri olan Abakar müəllimə,o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regionalın rəsi-Asif müəllimə habelə Zaqatala Dövlət Yol Polisinin rəis əvəzi olan Elvin müəllimə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Zaqatala üzrə müfəttişləri Elşar və Zaur müəllimlərə görünür yaxşı pullar qazandırır.

Söhbət Zaqatala DYP-nin əməkdaşları ilə bir yerdə müştərək fəaliyyət göstərən Avtovağzal rəhbərliyinin himayədarlıq etdikləri bəzi sərnişin sürücülərinin,yol ayrıcından(dairədən) Avtovaqzal ərazisinin qarşısına tərəf olan girişdə “Qadağanedici nişanı görməzdən gəlib,avtomobillərini orada saxlayıb, Avtovağzal rəhbərliyinin adiutantı olan yaxınlıqdakı iaşə obyektində fəaliyyət göstərən xanıma 1-2 manat pul edəyərək, sərnişin daşıma ilə sərbəst və rahat şəkildə məşğul olmalarindan gedir.
Görəsən bu qədər arxayınlıq bu qurumlarda hardadı.Kimdi bunlara bu qədər qol -qanad verən?Hələ bunların Qanunun Aliliyidən xəbəri yoxdu deyəsən!!!
Ümidvaram ki, ölkə rəhbərliyinin göstərdiyi məqsədyönlü islahatları nəticəsində hər kəs öz layiqli postunu tutub,ölkəmizə öz layiqli töhvələrini verəcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?