Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

By Admin Haz24,2024

Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

“Report” xəbər verir ki, tədbir Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək.

Forum iki gün davam edəcək – Fotolar

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?