“Yuventus” Konfrans Liqasında iştirakdan imtina edəcək

By Admin Tem9,2023

Turinin “Yuventus” klubu maxinasiyalarını araşdıran Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə sövdələşməyə getməyə və 2023/24-cü illər mövsümündə Konfrans Liqasında iştirakdan imtina etməyə qərar verib.

APA-nın xəbərinə görə, bu barədə “Sorriere Dello Sport” məlumat yayıb.

Qeyd edilib ki, UEFA-nın başqa cəzaları olmadığı halda “Yuventus” UEFA-nın klubu diskvalifikasiya etmək qərarına cavab olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət və ya apellyasiya şikayəti verməyəcək. “Yuventus” rəhbərliyi hesab edir ki, bu, komandanın 2024/25-ci illər mövsümündə Çempionlar Liqasında iştirakının təhlükə altında qalmamasına imkan verəcək.

Xatırladaq ki, UEFA “Yuventus”-un mübahisəli maliyyə hesabı ilə bağlı araşdırmalara keçən ilin dekabrında başlayıb. Keçən mövsüm İtaliya A seriyasında “Yuventus” 7-ci yeri tutub. Maliyyə maxinasiyası ilə əlaqədar mövsüm ərzində komandanın 10 xalı silinib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?