Yevlaxdakı ” Bravodan” xəbər var!!!

By Admin Ara 28, 2023

 

Bir neçə gün öncə Yevlaxda Bravo Supermarketdə əməkdaşımız Amil Huseynov tərəfindən aşkar edilən istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı əməkdaşımız Qida Təhlükəsizlik Agentliyi (AQTA)-nin 1003 çağrı mərkəzinə (qaynar xəttinə) müraciət etmişdir. Sevindirici xəbər olaraq sizə bildiririk ki Qida Təhlükəsizlik Agentliyi (AQTA) şikayətimizə biganə yanaşmadı. Cox qisa zaman ərzində nəticə ilə bağlı redaksiyamız rəsmi qaydada cavab məktubu aldı.
NƏTICƏ;

Müraciət əsasında dərhal AQTA -nin Mərkəzi Aran Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası qanununun 16.1.3 maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Yoxlama predmenti üzrə qeyd olunan “Bravo” marketdə satışı həyata keçirilən qida məhsullarına orqanoleptik baxış keçirilmiş, məhsulların markalanmasına, istehsal və son istifadə tarixlərinə müvafiq qaydada nəzarət həyata keçirilmişdir. Aparılmış nəzarət tədbiri zamanı magazada son istifade tarixi bitmiş “Anchor” əmtəə nişanlı yağlar və “Sehri” əmtəə nişanlı alma şirələri, həmçinin etiket məlumatlarında istehsal və son istifadə tarixləri olmayan “Frenc cow” əmtəə nişanlı yağlar aşkar esilmişdir. Qeyd olunanlara əsasən son istifadə müddəti bitmiş və etiket məlumatlarında istehsal və son istifadə tarixləri olmayan qida məhsullarının satışının qadağan olunması ilə bağlı müvafiq qərar qəbul edilmiş və göstərilən qida məhsulları satışdan kənarlaşdırılmışdır. Aşkar edilmiş qanun pozuntusuna əsasən müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən mağazanın rəhbərliyi inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin, qida məhsullarının satışı zamanı istehsal ve son istifadə ciddi şəkildə nəzarət edilməsi barədə mağaza rəhbərliyinə və mağazanın səlahiyyətli şəxslərinə icrası zəruri göstərişlər verilmişdir.

Bu həssas mövzuya biganə yanaşmayan və məlumat aldıqları andan etibarən dərhal müvafiq qanunlara uygun olaraq yoxlama keçirən, oz işini layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi (AQTA)-nin Mərkəzi Aran Regional bölməsinin başda Rəis Gündüz Qənbərov olmaqla bütün əməkdaşlarına xalqımız və öz kollektivimiz adından sonsuz təşəkkürümüzü bildiririk

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?