Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edildi

By Admin Haz29,2024

Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir görülüb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan AKM modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?