Bir neçə gündür ki Yevlax şəhərində kanalizasiya sularının qabarması halı müşahidə olunurdu. Buna səbəb yeraltı kanalizasiya borusunda tıxanmanın olmasıdır. İcra başçısı Anar Tağıyevin göstərişi əsasında dərhal problemin aradan qaldırılması üzrə işlər başlıyıb. Əraziyə xüsusi texnikalar və işçi heyəti cəlb olunub. Hazırda təmir işləri davam etdirilir. Qısa zamanda bu problem tamamilə öz həllini tapacaq.