Yay qripi planlarınızı pozmasın!

By Admin Haz21,2023

İsti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik mənbəyi hesab olunur. Adi qriplə eyni simptomları daşıyan yay qripinə yoluxmağın müxtəlif səbəbləri var. Adi qripdə xəstəliyə səbəb olan orqanizmlər fərqlidir və həmin mikroorqanizmlər insandan-insana ötürülür. Ancaq yay qripi əsasən ventilyasiya və su qurğuları içərisində yaşayan mikroorqanzimlərdən keçir. Maraqlısı budur ki, yay qripi insandan-insana yoluxmur.

Xəstəliyin əsas simptomları adi qripdə olan üşütmə, titrəmə, qızdırma, burun axması, öskürək, boğaz ağrısıdır. Bundan qorunmaq üçün kondisionerin filtrləri mütəmadi olaraq təmizlənməlidir. Soyuq-isti balansına əməl olunmalıdır, çünki istidən soyuğa və ya soyuqdan istiyə çıxanda bədəndəki istilik mübadiləsinin pozulması nəticəsində xəstəliyin meydana çıxması halları artır.

Yay qripi halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları ilə də özünü göstərə bilir. Bədən müqavimətinin zəifləməsinin səbəblərindən biri də çimərlik və hovuzdan sonra gigiyenik qaydalara düzgün əməl edilməməsidir.

Dənizə gedərkən uzun müddət nəm paltarda qalmaq yay qripi xəstəliyinə yoluxmaq ehtimalını artırır. Hətta qışda da kondisionerdən istifadə edilməsi bədən müqavimətinin zəifləməsi nəticəsində həmin halın yaranmasına, yəni qrip xəstəliyinə səbəb ola bilər.

Xəstəliyə səbəb olan bakteriyalar əsasən kondisionerlərin filtrlərinin nəm olan yerlərində yerləşir. Hovuzlar və duş başlıqları da təhlükəli sahələrdir. Bütün bunların gigiyenik olması çox vacibdir. Yay qripindən qorunmaq üçün kondisionerin temperaturunu 22-23 dərəcədə saxlamaq, ani isti-soyuq hava dəyişiminin qarşısını almaq, bədənin su balansını tənzimləmək, hovuz və dənizə girdikdən sonra mütləq duş qəbul etmək lazımdır.

Əgər sizdə qızdırma, burun axıntısı, üşütmə, halsızlıq və şiddətli baş ağrısı kimi hallar varsa, deməli sizdə yay qripinin əlamətləridir.

Yay qripi zamanı ağrı və qızdırma ilə müşayiət olunan halların, xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyalarının simptomatik müalicəsi üçün Agicold tabletlərindən  istifadə etmək məsləhət görülür. Agicold preparatının tərkibinə daxil olan parasetamol qızdırmanı aşağı salır və ağrıkəsici təsir göstərir. O, oynaq, baş və əzələ ağrısını azaldır, yüksək hərarəti salır, boğaz ağrısını yüngülləşdirir. Tərkibindəki fenilefrin burundan seliyin axmasının qarşısını alır, burunda olan şişkinliyi azaldır, nəfəsalmanı asanlaşdırır.Kofein parasetamolun ağrıkəsici təsirini gücləndirir.

İstifadə qaydası və dozası

Böyüklər və 15 yaşdan böyük uşaqlar 1 tablet gündə 3-4 dəfə qəbul edə bilər. Maksimal gündəlik doza 4 tabletdir. Kurs müalicə 5 gündən artıq olmamalıdır.
Agikold N100 : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 16.05.2022 tarixində verilmiş T22044 seriya nömrəli uyğunluq sertifikatı.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?