YAP-dan maddi ziyan tələb edilir – Hakim partiyaya qarşı məhkəmə iddiası

By Admin Şub14,2024

 

YAP-dan maddi ziyan tələb edilir – Hakim partiyaya qarşı məhkəmə iddiası

YAP-dan maddi ziyan tələb edilir – Hakim partiyaya qarşı məhkəmə iddiasıYeni Azərbaycan Partiyası (YAP) məhkəməyə verilib.

 

Qaynarinfo xəbər verir ki, İsmayılova Rüxsarə Həbib qızı və İrzaquliyev Cəmşid İsmayıl oğlu Xətai Rayon Məhkəməsində maddi ziyan tələbi ilə iddia qaldırıb.

 

Samirə Eyvazova iş üzrə hakim təyin edilib.

 

Rüxsarə İsmayılova barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

 

Cəmşid İrzaquliyevə gəlincə, o, 2010-cu ildə keçirilən parlament seçkilərdində Demokratik Azərbaycan Dünyası Partiyasının vəkili kimi iştirak edib.

Bundan başqa, Cəmşid İrzaquliyevin president.az saytında ölkə başçısına məktubu dərc edilib. Həmin məktubda o, özünü Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi təqdim edib.

 

2017-ci ildə Cəmşid İrzaquliyevin ölkə rəhbərliyinə və güc strukturlarına müraciəti yayılıb. Həmin müraciətdən məlum olur ki, 2016-cı ildə onun oğlu Tariyel İrzaquliyev avtoqəza nəticəsində dünyasını dəyişib.

 

Cəmşid İrzaquliyev qeyd edib ki, oğlu Qala-Dübəndi yolunda keçidin üzərində həmin vaxt YAP-ın Pirallahı təşkilatının sədri olmuş Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurulub. Manaf Manafov hazırda Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində işləyir.

 

Yeri gəlmişkən, o, məlum hadisə ilə bağlı açıqlamasında həmin vaxt maşını sürücüsünün idarə etdiyini bildirib. Daha sonra əlavə edib ki, sürücü həbs edilib.

 

Lakin Cəmşid İrzaquliyevin müraciət və açıqlamarından görünür ki, o bu məsələdə məhz Manaf Manafovu ittiham edir.

 

Bəzi ehtimallara görə, Cəmşid İrzaquliyevin YAP-a qarşı məhkəmə iddiasının kökündə bu məsələ dayana bilər.

 

YAP-dan və Cəmşid İrzaquliyevdən məsələ ilə bağlı açıqlama almaq mümkün olmadığından məhkəmə çəkişməsinin kökündə nələrin dayandığı barədə konkret fikir söylmək mümkün deyil. Mövzunu diqqətdə saxalayacağıq.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?