“Xalq Bank” ASC Şəhid Anasını Və Ailə Üzvlərini Çölə Atdı – RƏZALƏT “Xalq Bank” ASC şəhid anasını və ailə üzvlərini çölə atdı – RƏZALƏT

 

 

Turkdunyasi.az “gundemxeber.az”a​ istinadən xəbər verir ki,​​​Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Birinci Qarabağ müharibəsi şəhidi Musayev Saleh Sabir oğlunun anası, hansı ki, Yevlax şəhərində şəhid Saleh Musayevin adını daşıyan küçədə yaşayan Musayeva Qənifə Vəli qızı tərəfindən video-müraciət daxil olub. Qənifə Musayeva müraciətində qeyd edir ki, “Həyat yoldaşım Musayev Sabir Saleh oğlu ağır dializ xəstəsi olduğundan, onun ciddi müalicəyə ehtiyacı var idi. Maddi vəziyyətimizin ağır olması səbəbindən,  həyat yoldaşımı lazımi səviyyədə müalicə etdirə bilmirdik. Ona görə də məcbur olub 03 noyabr 2015-ci il tarixdə qızım Təranə Musayevanın adına 19%-lə, 48 ay müddətinə “Xalq Bank” ASC-dən 17.000 ABŞ dolları məbləğində kreditə pul götürdük. Götürdüyümüz bu kredit pulun qarşılığında şəhərin Ərəş küçəsində şəxsi mülkiyyətimizdə olan 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kvm sahəsi olan 12 nömrəli fərdi yaşayış evimizi banka girov qoyduq. Qeyd edim ki, girov qoyduğumuz ev həyat yoldaşımın – şəhid atası Musayev Sabir Saleh oğlunun adına idi. Həmin vaxtlarda evimiz ipoteka predmeti olaraq bank əməkdaşları tərəfindən 28 min manat dəyərində qiymətləndirildi. Hansı ki, bizə məxsus evin bazar qiyməti ən azından 70 min manatdan çox idi və həmin vaxtlarda həyat yoldaşım Sabir Musayevin səhhəti o qədər ağırlaşdı ki, biz düçar olduğumuz problemlərdən heç cür çıxa bilmirdik.

bank əməkdaşları banka 30 min ABŞ dollar məbləğində pul ödənilməsini qəti şəkildə tələb edirlər. Baxmayraq ki, Ali Məhkəmənin Mülki Kollegiyası da cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC-nə üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması haqda qərar çıxarıb. Bir sözlə, bank əməkdaşları belə bir qərarın varlığına da əhəmiyyət vermirlər ki, onlar bizdən  30 min dollar pul tələb edirlər.

Onu da bildirim ki, 2019-cu ilin dekabr ayında kiçik oğlum İsmayıl Musayev üzüzə qaldığımız belə bir problemlə bağlı MM-in deputatı Musa Quliyevin qəbulunda olur və ona bu problemimizlə bağlı ətraflı məlumat verir. Düzdür, Musa Quliyev “Xalq Bank” ASC-i ilə əlaqə saxlayır və problemin qaydaya salınması üçün, hətta qarşı tərəfdən şəhid ailəsinin üzvlərinə köməklik göstərilməsini xahiş də edir. Həmin vaxtlarda oğlum ASC-i ilə aramızda əmələ gələn problemin aradan qaldırılacağına ümid etdiyindən o, 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar – fevral aylarında hər ay 300 manat olmaq şərtilə, banka 900 manat məbləğində pul ödəyir. Daha sonra bank əməkdaşı zəng edib oğluma deyir ki, “Etdiyiniz ödənişin heç bir əhəmiyyəti yoxdur”. Bütün bunlara baxmayaraq, 2022-ci ilin may ayından bu günə kimi qızım Təranə Musayevanın aldığı əmək haqqından hər ay 230 manat olmaq şərtilə pul tutulur və həmin pul “Xalq Bank” ASC hesabına köçürülür. Hal-hazırda da ödənişin həyata keçirilməsinə baxmayaraq, bank əməkdaşları icra məmurlarının iştirakı ilə 01 noyabr 2023-cü il tarixdə mənim, oğlumun və onun ailə üzvlərinin yaşadığı evi boşaldıblar və ev əşyalarını isə “Xalq Bank” ASC-nə məxsus depoya yığıblar. Bu da onu göstərir ki, bank əməkdaşları üçün şəhid adı, şəhid ailəsinin üzvləri və s. kimi anlayışın onlar üçün heç bir əhəmiyyəti yoxdur”.

   “Xalq Bank” ASC-i əməkdaşlarının şəhid anasına, şəhid ailəsinin üzvlərinə göstərdikləri belə bir yanaşmadan  fərqli olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi hər zaman dövlət siyasətində  prioritet olub. Yəni, birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı, məhz ən ali səviyyədə göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər də həyata keçirilir. Faktdır ki, indiyə kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır. Unutmaq olmaz ki, ölkə Prezidenti hansı şəxsi  rəhbər vəzifəyə təyin edirsə, ilk növbədə həmin şəxsə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsini tapşırır. O, halda sual oluna bilər ki, ölkə başçısı ilə bərabər, hörmətli Mehriban xanım da ortaya belə bir mövqe qoyduqları halda, səbəb nə olur ki, “Xalq Bank” ASC-nin əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı fərqli mövqe nümayiş etdirirlər?. Görəsən ola bilməzmi ki, bügünkü qış fəslində, hansı ki, havaların soyuq keçdiyi vaxtlarda bank əməkdaşları bir qədər humanistlik göstərsinlər və şəhid qardaşı İsmayıl Musayevin topladığı 24 min manat pulu qəbul etsinlər. Qalan borcun ödənilməsi üçün isə, təqribən 3-4 ay müddətinə möhlət vaxtı versinlər. Yəqin ki, o halda hər kəs xəbərdar olar ki, ölkə rəhbərinin şəhid ailələri, qazilər, müharibə veteranları və s. ilə bağlı verdiyi tapşırıqlara “Xalq Bank” ASC-nin rəhbər şəxsləri və əməkdaşları hörmətlə yanaşırlar. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra bank əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı humanistlik göstərəcəklər və bu ailəyə məxsus yaşayış evinin geri qaytarılması, həmçinin əmələ gələn problemin həlli yöndə lazımi addımlarını da atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?