Xəstəxanaya yerləşdirilən Netanyahunun səhhəti ilə bağlı məlumat AÇIQLAMA

By Admin Tem 16, 2023

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü səhər Tel Hashomer xəstəxanasının Şeba Mərkəzində tibbi müayinədən keçməyə davam edib, test nəticələri normaldır və gün ərzində evə buraxılması gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə bazar günü İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Bu səhər Baş nazir Benyamin Netanyahu Tel Haşomerdəki Şeba Tibb Mərkəzində tibbi müayinələrdən keçməyə davam edib. Nəticələr normaldır, onun vəziyyəti çox yaxşıdır və bu gün gün ərzində evə buraxılmalıdır”,- bəyanatda deyilir.

Qeyd edək ki, çənbə günü baş nazirin ofisi Netanyahunun Şeba Tibb Mərkəzinə gəldiyini, vəziyyətinin qənaətbəxş olduğunu və tibbi müayinədən keçdiyini bildirib. Baş nazir özü bildirib ki, bir gün əvvəl günəşdə çox vaxt keçirib və az su içib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?