Vüsalə Saleh qızı – İnsan Həyatı.

By Admin Oca 29, 2024

Vüsalə Saleh qızı 
İnsan Həyatı.

Sevinclə doğulub, kədərlə ölür
Arzuyla yaşayıb, qayğıya dolur
Sevginin oduna alışır-yanır
Məhəbbət kasası dolub boşalır
İnsanın həyatı bax belə olur

Keçdiyi yollarda çətinlik olur
Hərdən bir yıxılıb, hərdən bir durur
Dağların zirvəsin duman, çən alır
Getdikcə qayğısı artır, azalır
İnsanın həyatı bax belə olur

İnsanın həm dost, düşməni olur
Həyatın həm qəmi, kədəri olur
İnsanlar həyatın dadından doymur
Həyatda çiçəklər, güllərdən solur
İnsanın həyatı bax belə olur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?