Volodimir Zelenski: Müharibə kino deyil və hər şey belə tezliklə başa çatmayacaq

 

 

Ukraynada müharibə heç də istənilən kimi tez bitməyəcək. Çünki bu, kino deyil, arxasında ukraynalıların və hərbçilərin həyatlarının durduğu, zamana ehtiyacı olan “gündəlik ağır zəhmətdir”.

 

AZƏRTAC Ukrayna Prezidentinin saytına istinadla xəbər verir ki, bu fikirləri Prezident Volodimir Zelenski “Fox Corporation” şirkətinin Baş direktoru Laklan Merdok və “Fox News”un jurnalistləri ilə görüşdə bəyan edib.

 

“İnsanlar nədənsə müharibəyə kino kimi yanaşırlar və gözləyirlər ki, hadisələrdə uzun fasilələr olmayacaq, göz qarşısındakı mənzərə daim dəyişəcək, hər gün hansısa sürprizlər olacaq”, – deyə Zelenski vurğulayıb.

 

Prezidentin sözlərinə görə, lakin ukraynalılar və ukraynalı döyüşçülər üçün müharibə “kino deyil, bu, bizim həyatımızdır, gündəlik ağır zəhmətdir”. Onu başa vurmaq üçün vaxt lazımdır.

 

“Hər şey bizim istədiyimiz kimi o qədər də tez başa çatmayacaq, amma ruhdan düşməyə haqqımız yoxdur və biz bunu etməyəcəyik”, – deyə dövlət başçısı qeyd edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?