“Viber”in sahibi: Rusiyanın təbliğatına sinə gərə bilərik

By Admin Eyl10,2023

Yaponiyanın e-ticarət şirkəti olan “Rakuten”in qurucusu və icraçı direktoru Hiroşi Mikitani “Viber” platformasının Rusiyanın təbliğatına sinə gərə biləcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə yaponiyalı sahibkar “Reuters”ə müsahibəsində danışıb.

“Digər sosial şəbəkələrdən fərqli olaraq biz Rusiyanın bütün saxta xəbər və təbliğatını əngəlləmək niyyətimizi aydın göstərmişik”, – Mikitani söyləyib.

Milyarder Rusiya tərəfindən hər hansısa pozuntuların olub-olmaması ilə bağlı suala mənfi cavab verib:

“Keçmişdə Rusiyadan qaynaqlanan məlumat sızıntısı ilə üzləşməmişik. Bəzən, hələ müharibədən öncə, sorğularımız olub ki, onları da rədd etmişik… Bizim təhlükəsizliklə heç bir problemimiz yoxdur”.

Mikitani sorğunun nədən ibarət olduğu və kimdən gəldiyini aydınlaşdırmasa da, “Viber”in heç bir hökumətə məlumat təqdim etmədiyini vurğulayıb.

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulmuş “Viber” messenceri 2014-cü ildə Yaponiyanın “Rakuten” şirkətinə satılıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?