Vatsap tam dəyişir: Yeni versiya belə olacaq – FOTO

By Admin Eyl 6, 2023

Vatsapın “Android” və “iOS”da interfeysinin dizaynı yenilənir.

 

Metbuat.az xəbər verir ki, bu barədə messencerdə yeniliklərin təhlili üzrə ixtisaslaşan “WABetaInfo” portalı məlumat yayıb.

Vatsapda yeni interfeys 2.23.13.16 beta versiyasında aşkar edilib. Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl “WhatsApp” yazısı görünəcək.

Messencerin yeni versiyasında “Söhbətlər”, “Status” və “Zənglər” tabları aşağı naviqasiya panelinə köçürülüb və orada “İcmalar” bölməsi əlavə edilib.

Belə bir naviqasiya paneli ilk dəfə vatsapın beta versiyasında hələ iyun ayında görünsə də, hələ messencerin sabit quruluşlarında görünməyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?