Vaşinqtonun yaxınlığında güclü partlayış olub

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yaşayış binasında güclü partlayış baş verib.

 

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bundan bir qədər əvvəl polis axtarış aparmaq üçün evə gəlib.

 

Polis Arlinqton dairəsində bir evdə məşəl tapançasından açılan atəşlə bağlı məlumatı araşdırırdı. Onlar yaxınlaşanda ev sakini “bir neçə dəfə atəş açıb” və qısa müddət sonra partlayış olub. Polis hadisənin başvermə şəraitini araşdırır.

 

Evə gələn polis əməkdaşları “yüngül xəsarətlər” alıblar və xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıblar. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

 

Qeyd edək ki, Arlinqton dairəsi paytaxt Vaşinqtonun yaxınlığındadır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?