Vətən müharibəsinin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir

By Admin Eyl27,2023

Hüseyn Cavidin Ev Muzeyində Anım günü münasibətilə “27 sentyabr – Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir” adlı tədbir keçirilib.

 

Muzeydən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, həmçinin Qarabağ müharibəsi zamanı şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, artıq üç ildir, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncama uyğun olaraq 27 sentyabr tarixi ökəmizdə Vətən müharibəsi şəhidlərimizin Anım Günü kimi qeyd edilir. Bu gün biz Vətən uğrunda qəhrəmancasına şəhid olan igid həmvətənlərimizin xatirəsini anmaqla yanaşı, həm də bir qürur hissi yaşayırıq. Çünki, dövlətimizin başçısı İlham Əliyevin polad iradəsinin, düşünülmüş beynəlxalq siyasi strategiyasının, ordu və xalq birliyinin mühüm yekunu olaraq respublikamızın ərazi bütövlüyü tam bərpa edilib. Bu gün mənfur düşmən Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidası ilə barışmaq məcburiyyətindədir.

 

G.Babaxanlı 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi müddətində mənfur düşmənə vurduğu sarsıdıcı zərbəni yada salıb. 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının düşməndən azad olunması uğrunda əsgər və zabitlərimizin misilsiz rəşadət göstərdiyini qeyd edib. Azərbaycan Ordusunun düşmənə uzun zaman unutmayacağı layiqli dərs verdiyini vurğulayıb.

 

Daha sonra tədbir muzeyin yaxından əməkdaşlıq etdiyi Xəzər Universitetinin bir qrup tələbələrinin çıxışları ilə davam edib.

 

Universitetin tələbələri İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman zabit və əsgərlərimizin bəzilərinin həyat hekayəsini səsləndirib, onların döyüş yoluna nəzər salıblar. Xəzər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifova müharibə zamanı Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlardan danışıb.

 

Tədbirin sonunda Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və fotomateriallardan ibarət sərgi təqdim olunub

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?