Vətən müharibəsi iştirakçısı: Sevinirəm ki, Kəlbəcərdə yaşamaq mənə də nəsib olacaq

By Admin Kas 25, 2023

Elvin Mamedov Kəlbəcər işğal olunan il dünyaya göz açıb. Amma sən demə onun taleyində Vətən müharibəsinin iştirakçısı olmaq, Qarabağ torpaqlarının azadlığı uğrunda qəhrəmanlıq göstərmək də varmış…

 

AZƏRTAC xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Elvin cəbhənin bütün istiqamətlərində – Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Xocavənd və Şuşada döyüşüb. Qubadlı döyüşləri zamanı yaralansa da, qısamüddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb, Tuğ kəndinin azad olunmasında fəal iştirak edib.

 

“Bir kəlbəcərli və Vətən müharibəsinin döyüşçüsü kimi bu gün böyük iftixar hissi keçirirəm. İlk növbədə ona görə ki, Vətənimiz bütövdür, sərhədlərimiz etibarlı şəkildə qorunur. Bundan sonra bu torpağa düşmən ayağı dəyə bilməz. İkincisi, ona görə ki, bu Qələbənin qazanılmasında mənim də zəhmətim var. Azad Vətənimizin demək olar ki, işğal altında olan hər rayonu uğrunda döyüşlərdə iştirak etmişəm. Bu da başqa hissdir. Ən nəhayət bir də ona sevinirəm ki, xəyalımda yaşatdığım, gözəlliyi, füsunkarlığı haqqında valideynlərimdən eşitdiyim dağlar diyarı Kəlbəcərə dönmək, orada yaşamaq mənə də nəsib olacaq”.

 

Elvin Mamedov Zəfər müharibəsindən 7 medalla qayıdıb. Onun sinəsini “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Şücaətə görə” medalları bəzəyir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?