Ulu Öndərin 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında keçirilən futbol turniri başa çatıb

Bakı, 10 iyul, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən turnirdə İqtisadiyyat Nazirliyinin Aparatı və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 32 komanda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş futbol turniri başa çatıb.

Yarışda 3-cü yer uğrunda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin (DVX) Aparatı və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi arasında keçirilən oyunda DVX-nin Aparatı qalib gələrək 3-cü yeri tutub. 1-ci yer uğrunda keçirilən oyunda isə nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmsilçiləri “Azərlotoreya” ASC-yə qalib gəlib.

Çempionatın yekununda komandalara diplom, medallar və digər nominasiyalar üzrə mükafatlar təqdim olunub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?