Ukraynalı uşaqlar Şamaxıya səfər edib

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana gətirilən uşaqların Şamaxıya ekskursiyası təşkil edilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın növbəti səfər ünvanı Şamaxı olub.

Onlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.

Uşaqlar Safari parkın ərazisini gəzərək parka xaricdən gətirilmiş bizonlara və marallara baxış keçiriblər və onlara bu park və parkda saxlanılan heyvanlar haqqında dolğun məlumat veriblər.

Eyni zamanda səfər bələdçiləri onlara Şamaxının ən yüksək dağlıq ərazilərini gəzdirərək buranın əsrarəngiz təbiəti ilə yaxından tanış ediblər.

Ukraynalı uşaqlar ekskursiyadan məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Şamaxıdan öncə onlar İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiya ediblər. Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?