UEFA Gənclər Liqası: Azərbaycan çempionunun oyunlarının başlama saatı açıqlanıb

Bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin U-19 komandasının birinci mərhələdə Macarıstanın “Puşkaş” Futbol Akademiyası ilə keçirəcəyi oyunların saatı açıqlanıb.

AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 4-də Qəbələ şəhər stadionunda oynayacağı görüş saat 16:00-da başlayacaq.

Azərbaycan çempionunun oktyabrın 24-də səfərdə keçirəcəyi cavab matçı isə Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?