TÜSAŞ-ın baş direktoru: Azərbaycan “Kaan”la maraqlanır

By Admin Şub23,2024

Qardaş ölkələr, o cümlədən Azərbaycan “Kaan”la maraqlanır.

 

“Report” xəbər verir ki, bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil “TRT Haber”ə müsahibəsində deyib.

 

“Əlbəttə, satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”, – o bildirib.

 

T.Kotil, həmçinin qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

 

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

 

Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kaan”ın 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olunacağını deyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?