Türkmənistanın xalça şirkəti Azərbaycanda nümayəndəlik açmaqda maraqlıdır

By Admin Kas25,2023

Biz sərgidə Türkmənistan xalçalarını nümayiş etdiririk. Əsasən əl işlərindən ibarət xalçalar paytaxt Aşqabadda və digər şəhərlərdə istehsal olunur.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri sərgi iştirakçısı, Türkmənistanın “ÇarhyPelek” şirkətinin nümayəndəsi Berdımurad Qayıpqyliyev bildirib.

 

O, qeyd edib ki, fabrikin istehsal etdiyi yun və ipək xalçalar bir çox ölkələrə o cümlədən Rusiyaya, Avropaya və ABŞ-a ixrac edilir: “Türkmən xalçaları xüsusi cins heyvanların yunundan hazırlanır və çox keyfiyyətli olmaqla yanaşı, həm də uzunömürlüdür. Qiyməti də münasibdir. Məhz buna görə xalçalarımız digər ölkələrin istehsal etdikləri xalçalardan fərqlənir. Ümumilikdə isə şirkətimiz ildə 2,5-3 min kvadratmetr xalça istehsal edir”.

 

İlk dəfə Bakıya gəldiklərini deyən B.Qayipquliyev, əlavə edib ki, Azərbaycanda şirkətin nümayəndəliyini açmaqda maraqlıdırlar. Sərgidə iştirak etməkdə əsas məqsədlərdən biri də Türkmənistan xalçalarını tanıtdırmaqdır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?