Türkiyənin üç vilayətində meşə yanır, insanlar təxliyə olunub

By Admin Haz19,2024

Türkiyənin üç vilayətində meşə yanır.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.

Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?