Toyda iki nəfəri bıçaqlayan şəxs həbs edilib

İki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iyulun 8-i, saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid və İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib.

Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam edir.

16:20

İyulun 8-i saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarından birində ər-arvadın bıçaqlanması hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Vahid Kərimduxt və həyat yoldaşı, 1968-ci il təvəllüdlü İradəni bıçaqlayan şəxsin Vahidin ögey qardaşı olması müəyyənləşib. Həmin şəxs qardaşı Vahid digər şəxslərlə toyda oynayarkən sərxoş vəziyyətdə bıçaqla ona hücum edərək boğazını kəsib. Bu zaman Vahidin arvadı araya girmək istəyib və nəticədə o da boyun-boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.

Bəzi məlumatlarda Vahid Kərimduxtun vəfat etməsi bildirilsə də, bu xəbər təsdiqini tapmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Qeyd edək ki, bu ailə ilə bağlı əvvəllər də bir neçə dəfə cinayət hadisəsi baş verib. Son olaraq Vahid Kərimduxtun oğlu Sənan 2020-ci ildə quldurluq əməlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?