Tovuz Rayon Yusif Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbi 26 Fevral Xocalı soyqırımı tədbiri keçirib

Tovuz Rayon Yusif Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbində “26 FEVRAL XOCALI FACİƏSİ” ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Dovlət Himni ilə açıq elan edilib. Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib. Direktor Elmira Mürṣüdlü-nün rəhbərliyi ilə keçirilən tədbirdə, Elmira müəllimə və müavini Pərvanə müəllimə öz çıxışları ilə həm cənab prezidenti döyüşdə qazandığı qələbə və yenidən prezident seçilməsi ilə bağlı təbrik edib, həm də şagirdlər və tədbir iştirakşılarına Azərbaycanın qan yaddaşı və baş vermiş soyqırımlarla bağlı ətraflı məlumat vermişdir. Məktəbin daxilində olan Şəhidlər lövhəsi təhsil ocağının Şəhidlərimizə hörmətinin və şagirdlərimizin maarifləndrilməsinin bariz nümunəsidir. Bizdə ONLINEXEBER.COM redaksiyası olaraq Şəhidlərimizə göstərdiyi diqqətə, şagirdlərə göstərdiyi qayğıya görə Tovuz rayon Yusif Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbinin başda direktor Elmira müəllimə olmaqla bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk. Uğurlarınız daim olsun.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?