Əsas Xəbərlər
13 Temmuz 2024

“TikTok”un uşaq fenomenləri! Uşaqlardan qazanc kimi istifadə halları artır

By Admin Şub14,2024

Elə bir dövrdə yaşayırıq ki, həyatımızı internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək çətin deyil. Amma son vaxtlar sosial platformalarda, xüsislə “TikTok”da milli dəyərlərə zidd, və qeyri-etik davranışlar sərgilənir.Xüsusilə azyaşlılardan valideynləri pul qazanmaq üçün istifadə edirlər. Ən dəhşətlisi isə budur.

 

Ekspertlər bu cür davranan azyaşlıların gələcəyinin təhlükəli ola biləcəyini, bütün bunlara görə, valideynlərin məsuliyyət daşıdığını bildirir.

Məsələyə bir qədər geniş baxsaq, bu həm də cəmiyyət üçün bütöv bir nəslin itirilməsi deməkdir.

 

Sonxeber.az xəbər verir ki, psixoterapevt Məleykə İsmayılova bununla bağlı “ATV Xəbər”ə açıqlama verib. O, hesab edir ki, azyaşlıların bu cür qeyri-etik davranışlara məcbur edilməsi onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

 

“Bu gedişlə uşaqlar valideynlərə nifrət duyacaqlar.Çünki uşaq öz uşaqlığını belə yaşamamalıdır. Uşağın yaşına uyğun deyil ki, valideyn onu bu şəkildə istismar etsin. Valideynə bir cəza mexanizmi tətbiq olunmalıdır ki, başqa valideynlərdə bunu etməsin.

 

Ətraflı “ATV Xəbər”in süjetində:

 

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?