Əsas Xəbərlər
13 Temmuz 2024

Tbilisidə “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub

By Admin Kas20,2023

Tbilisidə müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr edilib.

 

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin Gürcüstana, qədim gürcü xalqına təmənnasız qayğısını, doğma, isti münasibətini əks etdirən kitabda toplanmış “Gürcüstanla ilk tanışlıq”, “Dostluq rəmzi – həm yol, həm körpü”, “Bakı–Supsa neft kəmərinin açılış mərasimi”, “Dəyişməz qərar”, “Heydər Əliyev və Eduard Şevardnadze mətbuat konfransında”, “Heydər Əliyevin Tbilisi Dövlət Universitetində nitqi”, “Heydər Əliyev və Gürcüstan”, “Dünya Heydər Əliyev haqqında” kimi sənədli materiallar, dost ölkədə təşkil olunmuş ictimai-siyasi, mədəni tədbirlərdə çıxışların stenoqramı və arxiv fotoları ilə təqdim edilir.

 

Gürcü və Azərbaycan dillərində tərtib olunmuş nəfis nəşrin layihə rəhbəri Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, tərtibçiləri Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili və Dövlət Tərcümə Mərkəzinin Gürcüstanla ədəbi-mədəni əlaqələr üzrə koordinatoru, yazıçı İmir Məmmədli, redaktoru Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı Etimad Başkeçiddir.

 

Kitab Gürcüstanın aparıcı “Merani” nəşriyyatında işıq üzü görüb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?