Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

By Admin Şub5,2024

Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır.

 

Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?