Təranə Səmədovanın 14 yaşlı qızı: “Anam analıq hüququndan məhrum edilsin”

By Admin Eki7,2023

“Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı. Daha sonra özünü itirdi. Artıq əvvəlki Təranə olmadı. İstəyərəm ki, o müalicə alsın, düzəlsin və özünə gəlsin. Avqustda bacımın bir yaşı tamam oldu, onu ziyarətə getdik. Bu dövrlərdə onun anaya ehtiyacı var. İndi ona dövlət baxır. Mən Adeli də geri qaytarmaq istəyirəm”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Səni axtarıram” verilişinə açıqlamasında hazırda həbsdə olan prodüser Təranə Səmədovanın azyşalı qızı Suel deyib.

O anası Təranə tərəfindən təhdid edildiyini və lazım gələrsə onun analıq hüququndan məhrum edilməsini istəyib:

“Bu gün o məni, də hətta öz övladını belə təhdid edir. Lazımdırsa anam analıq hüququndan məhrum edilsin. Əgər mən və bacım ağ günə çıxacağıqsa bu edilsin. O özü özünə elədi, heç kim ona heç nə eləmədi. Onun seçimlərinə görə belə oldu”.

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Onun 14 yaşlı qızı Suel hazırda müğənni Rəqsanə İsmayılovanın himayəsindədir, 1 yaşlı qızı Adel isə Bakıda 1 saylı körpələr evində yerləşdirilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?