Əsas Xəbərlər
13 Temmuz 2024

Süni intellekt bəşəriyyəti necə və nə vaxt məhv edə bilər?

By Admin Haz22,2023

Dünyanın aparıcı ölkələrinin texnoloji sektoru inkişaf etdikcə süni intellekt bəşəriyyət üçün təhlükə yaratmağa başlaya bilər.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc olunan məqalədə deyilir.

Mütəxəssislərin fikrincə, süni intellekt sistemlərinin həddindən artıq həyatımıza daxil olması və onların elektrik şəbəkələri, birjalar və silahlar kimi həyati vacib infrastruktura qoşulması gözlənilməz nəticələrə səbəb ola bilər.

Monreal Universitetinin tədqiqatçısı, professor Yoşua Bengionun sözlərinə görə, bugünkü süni intellekt sistemləri ekzistensial risk yaratmır. Ancaq hansı zamanda kritik xarakter alacağını və fəlakətə səbəb olacağını proqnozlaşdırmaq çətindir.

“İndiki sistemlər ekzistensial risk olmağa belə yaxınlaşmır. Amma bir, iki, beş il sonra nə olacaq bilinmir. Həddindən artıq qeyri-müəyyənlik var. Problem də budur. Fəlakətin astanasında olacağımız bu anın fərqində olduğumuza əminlik yoxdur “,-deyə professor bildirib.

Kaliforniya Universitetindən bir kosmoloq məsələ ilə bağlı bu sözləri deyib:
“Bir anda aydın olacaq ki, cəmiyyətə və iqtisadiyyata nəzarət edən böyük texnologiyalar həqiqətən insanların nəzarəti altında deyil və S&P 500-i söndürmək mümkün olmayacaq”.

İndiyə qədər süni intellekt sistemləri təkrarlanan məlumatların “sonsuz döngələrində ilişməyə” meyllidirlər. Amma zaman keçdikcə bu proqramlar təkmilləşdirilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər.

“Süni intellekt sistemləri hətta yaradıcılarının başa düşə biləcəyindən daha çox məlumat öyrəndiyinə görə, bu sistemlər artıq gözlənilməz davranışlar nümayiş etdirir. Bir çox tədqiqatçılar bu sistemlərin getdikcə daha da təkmilləşməsindən ehtiyat edir.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?