Qoxunu azaldan və sağlamlıq üçün müxtəlif faydaları olan sumaq, turşluğu ilə qidaların daha uzun müddət saxlanmasına kömək edir. Bəs, onun faydaları nədir?
Axar.az sumağın bilmədiyimiz faydalarını təqdim edir:
– Qanda insulinin miqdarını tarazlaşdırır;
– Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur;
– Həftədə bir stəkan sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini azaldır;
– Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı olacaq. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları təmizləyir;
– Həzmi tənzimlədiyi üçün arıqlamaq istəyənlər sumaq şirəsindən istifadə edə bilər;
– İştahsızlıq problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də faydalıdır. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam yeməsinə kömək edir.